“Mançester Yunayted” 17 yaşlı futbolçu transfer edir- 12 milyonabackend

“Mançester Yunayted” “Partizan”ın gənc hücumçusu Filip Stevanoviçlə müqavilə imzalayacaq.

Sportfan.az  xəbər verir ki, 17 yaşlı hücumçunun transferi mankunianlılara 12 milyon avroya başa gələcək.

Futbolçu 2020/21 mövsümünü icarə əsasında “Partizan” da keçirəcək. Ötən mövsüm Stevanoviç Avropa Liqasının qrup mərhələsində “qırmızı şeytanlar” a qarşı oynayıb.

Stevanoviç Serbiyanın son çempionatında 25 oyun keçirib və 8 qol vurub.