“Mançester Yunayted” müqaviləni uzadır- Pol Poqba iləbackend

İngiltərənin “Mançester Yunayted” klubu futbolçusu Pol Poqba ilə müqavilənin müddətini uzadacaq.

Sportfan.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi 5 illik sözləşməyə imza atacaq.

Fransa millisinin üzvü artıq klubdan ayrılmaq istəmir və komandadakı durumundan məmnundur.

Qeyd edək ki, Pol Poqba Fransa millisi ilə 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub. O, cari mövsüm “Mançester Yunayted”də uzun müdddət zədəli olduğu üçün 15 oyun keçirə bilib. Yarımmüdafiəçi 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.