“Mançester Yunayted” qapıçısını transferə çıxardıbackend

“Mançester Yunayted” klubu qapıçısı Serxio Romero ilə yollarını ayıracaq.

Sportfan.az xəbər verir ki, İngiltərə təmsilçisi 33 yaşlı qolkiperi transferə çıxarıb.

Məşqçilər korpusunun yeni mövsüm üçün planlarına daxil olmayan Argentina millisinin üzvü ilə bağlı rəhbərlik təklifləri dəyərləndirməyə hazırdır. “Mançester Yunayted” Romeronun boşluğunu icarədən qayıdan Din Hendersonla doldurub.

Qeyd edək ki, Serxio Romero 2015-ci ildən “Mançester Yunayted”də çıxış edir.