“Mançester Yunayted” səfərdə, “Lester” evdə sevindibackend

İngiltərə Premyer Liqasında XXXVI tur davam edir.

Sportfan.az xəbər verir ki, bu gün 4 görüş keçirilib.

Çempionlar Liqasına iddiaçılardan olan “Lester” doğma arenasında Avropa Liqasına düşməyə çalşan “Şeffild Yunayted”i məğlub edib.

“Mançester Yunayted” isə səfərdə “Kristal Pelas”dan üstün olub.

Qeydə alınan nəticələrdən sonra “Tottenhem” və “Arsenal”ın Çempionlar Liqasından kənarda qalacağı dəqiqləşib.

Tura iyulun 17-də keçiriləcək “Vest Hem” – “Uotford” (23:00) oyunu ilə yekun vurulacaq.