“Mançester Yunayted”də ciddi itki- 2 aylıq sıradan çıxdıbackend

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Harri Maquayr zədələnib.

Sportfan.az İngiltərə mətbuatına  istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi iki aylıq sıradan çıxıb.

Komandanın kapitanı İngiltərə Premyer Liqasındakı 35 matçın hamısında 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, Harri Maquayr ötən il “Lester”dən “Mançester Yunayted”ə keçib.