“Mançester Yunayted”də yeni müqaviləbackend

“Mançester Yunayted” futbolçusu Brandon Uilyamsla müqaviləni uzadıb.

Sportfan.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Mançester Yunayted”in yetirməsi olan Uilyams Premyer Liqada geridə qalan mövsüm 17 oyuna çıxıb, 1 qol vurub və 1 qol ötürməsi edib.