“Mançester Yunayted”in futbolçusu fəxri doktor adı alacaqbackend

İngiltərə millisinin və “Mançester Yunayted” klubunun futbolçusu Markus Reşford Mançester Universitetinin fəxri doktoru olacaq.

Sportfan.az  klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı hücumçu futbolda qazandığı uğurlar və uşaqların yoxsulluğuna qarşı mübarizə aparması ilə əlaqədar bu ada layiq görüləcək.

Reşford ailəsi ilə birlikdə buna görə qürur hissi keçirdiyini bildirib. O deyib ki, ölkədə uşaqların yoxsulluğuna qarşı mübarizə aparmaq üçün hələ uzun yol qət etməlidir.