Manchester City Sterlinqlə bağlı qərar verdibackend

 

Manchester City Rahim Sterlinqə yeni müqavilə təklif etməyə hazırlaşır.

Sportfan.az xəbər verir ki, bu barədə Daily Mail nəşri məlumat yayıb. “Şəhərlilər” ingilis hücumçu ilə yeni – uzunmüddətli sözləşmə imzalamaq niyyətindədir.

Qeyd edək ki, Sterlinq bu mövsüm Manchester City-də 47 oyunda 14 qol vurub, 11 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir.