Manchester United-də mövsümün futbolçusu müəyyənləşdibackend

Manchester United-də 2020-2021 mövsümünün ən yaxşı futbolçusu açıqlanıb.

sportfan.az xəbər verir ki, azarkeşlər arasında keçirilən sorğunun nəticəsinə əsasən Bruno Fernandeş 1-ci olub.

Portuqaliyalı yarımmüdafiəçi səslərin 63 faizini toplayıb. Luk Şou 2-ci, Edinson Kavani 3-cü olub.

Qeyd edək ki, Bruno Fernandeş ötən mövsüm də bu ada layiq görülmüşdü.