Manchester United Sulşerlə bağlı qərarını verdibackend

Manchester United klubunda baş məşqçi Ole-Qunnar Sulşerə yeni müqavilə təklif olunacaq.

Sportfan.az xəbər verir ki, “qırmızı şeytanlar” norveçli mütəxəssisin müddəti 2022-ci ilin yayına qədər olan müqaviləsini daha üç il artırmaq niyyətindədir. Klub rəhbərliyinin yay transfer pəncərəsi üçün ciddi maliyyə dəstəyi verəcəyi bildirilir.

Manchester United İngiltərə Premyer Liqasında mövsümü 2-ci sırada bitirib. “Qırmızı şeytanlar” Avropa Liqasında da gümüş medal qazanıb.