Mario Mancukiç “İnter”ə keçə bilərbackend

“İnter” Qətərin “Əl-Duhail” klubundan ayrılan xorvatiyalı futbolçu Mario Mancukiçlə müqavilə imzalaya bilər.

Sportfan.az xəbər verir ki, komandanın baş məşqçisi Antonio Konte 34 yaşlı hücumçunu komandasında görmək istəyir.

Bu səbəbdən Milan təmsilçisi təcrübəli futbolçunu heyətə cəlb etmək üçün hərəkətə keçib. Mancukiçin “göy-qaralar”a keçməsinə müsbət baxdığı bilidirilir.

Mancukiçə Rusiyanın “Lokomotiv” klubu 2 illik müqavilə təklif edib. O, Moskva təmsilçisinin təklifini qəbul etsə, ümumilikdə 8 milyon avro maaş qazanacaq