Marselo Türkiyə nəhənginə keçə bilərbackend

Real Madrid-in futbolçusu Marselo karyerasını Türkiyədə davam etdirə bilər.

Sportfan.az xəbər verir ki, braziliyalı müdafiəçi ilə Fenerbahçe klubu maraqlanır. Bu barədə İspaniyanın Mundo Deportivo nəşri məlumat yayıb. Xəbərdə, Super Liqa təmsilçisinin Marselonu transfer etmək istədiyi bildirilib.

Real-la müqaviləsi 2022-ci ilin yayına qədər olan 33 yaşlı futbolçunun “kral klubu”ndan ayrılacağı gözlənilir.