Mattiys de Liqt əməliyyat olunacaqbackend

“Yuventus”un müdafiəçisi Mattiys de Liqt əməliyyat olunacaq.

Sportfan.az xəbər verir ki, 20 yaşlı futbolçu çiynindəki ağrılardan əziyyət çəkir.

Ötən ilin noyabrında “Atalanta” ilə keçirilən görüşdə (3:1) çiynindən xəsarət alan Niderland millisinin üzvü hələ də zədəsini sağaltmayıb. Ancaq bu, onun A seriyası matçlarında meydana çıxmasına mane olmayıb.

Ağrıları get-gedə artan mərkəz müdafiəçisinin tam sağalması üçün əməliyyat qaçılmazdır. Ancaq bu, futbolçunun A seriyasında mövsümü başa vurması və Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyununu buraxması ilə nəticələnə bilər. Klub və futbolçu əməliyyatın tarixi ilə bağlı hələ qərar verməyib.

.