Maykl Esyen türk klubunun maraq dairəsindəbackend

2019/2020 mövsümünün sonunda “Səbail”dən ayrılan Maykl Esyen karyerasını Şimali Kipr Türk Respublikasında davam etdirə bilər.

SPORTFAN.AZ  “kibrisgazetesi.com” nəşrinə istinadən xəbər verir ki, qanalı futbolçu yerli “Girne Halk Evi” klubunun maraq dairəsinə düşüb.

38 yaşlı yarımmüdafiəçinin yaxın günlərdə sözügedən ölkəyə yollanaraq Superliqaya yenicə vəsiqə qazanmış komanda ilə danışıqlar aparacağı bildirilib.

Qeyd edək ki, Maykl Esyen 2019-cu ilin martında “Səbail”ə transfer olunmuşdu. O, daha əvvəl “Lion” (Fransa), “Çelsi” (İngiltərə), “Real Madrid” (İspaniya) və “Milan” (İtaliya) klublarının formasını geyinib.