Mbappe PSJ-dən ayrılmağa qərar verdibackend

PSJ-nin hücumçusu Kilian Mbappe komandadan ayrılmağa qərar verib.

Sportfan.az xəbər verir ki, fransalı ulduz klub rəhbərliyinə mövsümün sonunda komandadan getmək fikrində olduğunu bildirib.

21 yaşlı hücumçunun daha öncə “Real” və “Mançester Siti”dən rəsmi təklif aldığı xəbərdə qeyd edilib.

PSJ Mbbappeni 2018-ci ildə “Monako”dan 180 milyon avroya transfer etmişdi. O, Paris klubunda keçirdiyi 124 oyunda 90 qol vurub, 51 məhsuldar ötürmə edib.