“Mbappeni heç vaxt satmayacağıq”backend

PSG-nin prezidenti Nasser Əl-Xelaifi komandanın ulduz hücumçusu Kilian Mbappenin satılmayacağını bildirib.

Sportfan.az  xəbər verir ki, “L’Equipe” qətərli başqanın söylədiklərini belə çatdırıb:

“Mbappeni heç vaxt satmayacağıq və o, heç bir zaman klubu azad agent statusu ilə tərk etməyəcək. Mbappeyə lazım olan hər şey burda var. Bu gün hədəflər baxımından hansı klub PSG ilə rəqabət apara bilər? Kilian hədəflərimizin bir parçasıdır. Onu saxlamaq və satmamaq əsas məqsədlərimizdən biridir”.

Mbappe 2018-ci ildə Monaco-dan PSG-yə transfer olunub. Forvardın paytaxt təmsilçisi ilə olan müqaviləsinin müddəti 2022-ci ilin yayında bitəcək.(fanat)