Mehmet Topalla müqaviləni uzatdı- “Başakşəhər”backend

Türkiyə çempionu “Başakşəhər” futbolçusu Mehmet Topalla müqaviləni uzadıb.

Sportfan.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi daha bir il İstanubul təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, Türkiyə millisinin üzvü ötən mövsüm “Başakşəhər”də 32 oyun keçirib, 1 məhsuldar ötürmə edib.