Məhşur İspaniyalı futbolçu təcavüzdə ittiham olunurbackend

İspaniyalı futbolçu David Vilya cinsi təcavüzdə ittiham olunur.

Sportfan.az xəbər verir ki, “Nyu York Siti”nin keçmiş işçilərindən biri bu barədə iddia ilə çıxış edib.

Xanım tvitter səhifəsi vasitəsilə 2014-2018-ci illərdə həmin klubda çıxış etmiş 39 yaşlı forvardın onu təcavüz etdiyini vurğulayıb: “Nyu York Siti”də məruz qaldığım təcavüz o qədər xoşagəlməz idi ki, peşəkar idman ideyası məni qorxudur. İdmançılar arasında olmaqdan qorxuram. Karyeramı mənə etdikləri üçün dəyişirəm. Bütün xəyallarımı məhv etdi. David Vilya hər gün mənə toxunurdu və rəhbərlərim bunun çox gülməli olduğunu düşünürdülər. Hekayələrini danışmağa cəsarət edən qadınlar mənim qəhrəmanlarımdır”.

Qeyd edək ki, David Vilya “Nyu York Siti”də keçirdiyi 126 oyunda 80 qol vurub, 21 məhsuldar ötürmə verib.