“Məni inandırdılar ki, Azərbaycanda məşqçilər futbolçuları çox sevir”-  “Səbail”in yeni transferibackend

“Danışıqlarımız bir neçə ay davam etdi. Sonra videoları izlədim və məni inandırdılar ki, orada məşqçilər futbolçuları sevirlər. Mən də arzumu gerçəkləşdirdim”. 

Sportfan.az xəbər verir ki, bu sözləri “Səbail”in yeni transferi Nikolas Hagen ESPN-ə açıqlamasında deyib.

Bakı klubuna keçidi haqda danışan Qvatemala millisinin qapışısı yeni təcrübə qazanmaq üçün ölkəmizə gəldiyini bildirib: “İstəyimi gerçəkləşdirdim. Arzum bura gəlmək, oyunlar keçirmək və çox istədiyim xəyalımı yaşamaq idi.

Mənim üçün maddiyyat vacib deyil. Axtardığım şey inkişaf etmək, daha yaxşı olmaqdır. Özümü göstərə biləcəyim, futbol haqqında daha çox şey öyrənəcəyim bir layihə axtarırdım. Təkcə futbolçu olaraq deyil, həm də, bir insan olaraq böyümək, inkişaf etmək istəyirəm. Ümid edirəm ki, bunu burda bacara bilərəm.

Burda mövsüm yeni başlayıb. Gördüyüm qədəriylə sürətli futbol oynamağa və topu saxlamağa üstünlük verilir. Ən az səhv edən qalib gəlir. Ölkəmin adını yüksəltmək üçün daha çox çalışacam”.

Qeyd edək ki, Nikolas Hagen “Səbail”lə 1 illik müqavilə bağlayıb.