Mərt Hakan Yandaşla anlaşdı- “Fənərbaxça”backend

“Fənərbaxça” heyətinə yeni oyunçu cəlb edir.

Sportfan.az xəbər verir ki, İstanbul klubu “Sivasspor”un futbolçusu Mərt Hakan Yandaşla yaxın günlərdə müqavilə imzalayacaq.  Bunu Sivas təmsilçisinin baş məşqçisi Rıza Çalımbay yerli mətbuata açıqlamasında deyib. O, Mərtin “Fənərbaxça” ilə razılaşdığını bildirib.

Qeyd edək ki, 25 yaşlı futbolçu başa çatan mövsümdə Superliqada 31 oyunda iştirak edib və 6 qol vurub.