Məşhur karikaturaçı Mourinyonu ələ saldıbackend

Omar Momani İngiltərə “Tottenhem”inin baş məşqçisi Joze Mourinyonun İspaniyanın “Barselona” klubunun kapitanı Lionel Messi ilə bağlı səsləndirdiyi fikirlərə karikatura ilə cavab verib.

Sportfan.az  xəbər verir ki, portuqaliyalı mütəxəssis argentinalı futbolçunu özünün rəmzi komandasında görmək istədiyini bildirib.

O, 33 yaşlı forvardın yalnız maliyyə feyr-pleyi qaydalarına hörmət etməyən klublarda oynaya biləcəyini söyləyib.

Mourinyo “Tottenhem”in belə klublardan olmadığını bildirib.

Məşhur karikaturaçı isə çəkdiyi rəsmdə 57 yaşlı baş məşqçinin daha əvvəl çalışdığı “Çelsi” (İngiltərə), “Real Madrid” (İspaniya) və “Mançester Yunayted” (İngiltərə) kimi varlı klublarda pulun hesabına bahalı transferlər etdiyini xatırladıb.

Qeyd edək ki, bir müddət öncə “Barselona”dan ayrılmaq istədiyini söyləyən Lionel Messinin xidmətində İngiltərənin “Mançester Siti” klubu maraqlı olub. Kataloniya təmsilçisi 33 yaşlı forvard üçün 700 milyon avro təzminat tələb etdiyindən, keçid baş tutmayıb.

Image