Məşhur klub satışa çıxarıldıbackend

Fiorentina klubu satışa çıxarılıb.

xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin sahibi Rokko Komisso yerli mətbuata açıqlamasında deyib. O, klubu 335 milyon avroya satacağını deyib:

“Klubu 335 milyon avroya satıram. 10 gün ərzində ediləcək təkliflər dəyərləndiriləcək. Klubu almaq istəyən şəxslər florensiyalı olmalıdır və əvvəlcədən 35 milyon avro depozit ödəməlidirlər.

Fiorentina-nın borcu yoxdur. Klub tamamilə ailəmiz tərəfindən maliyyələşdirilir. Bununla qürur duyuram”.

Qeyd edək ki, Fiorentina İtaliya A Seriyasında 13-cü sıradadır.