Messi “Barselona”dan getsə gərək, klub adını dəyişdirsinbackend

“Barselona”nın sabiq oyunçusu Samuel Eto’o Lionel Messinin Kataloniya klubundan ayrılacağı ilə bağlı yayılan iddialara münasibət bildirib.

Sportfan.az “TyC Sport”a istinadən xəbər verir ki, o, argentinalı hücumçunun komandada qalmalı olduğunu deyib:

“Messini öz övladım kimi sevirəm və onun üçün ən yaxşısını arzulayıram. “Barselona” demək, Messi deməkdir.O, “Barselona”dan ayrılmağa qərar versə, gərək, klub adını dəyişdirsin. Messinin karyerasını “Barselona” bitirməsi üçün mümkün olan hər şeyi etmək lazımdır. Ümid edirəm ki, rəhbərlik klubun yaxşılığı üçün qərarlar qəbul edəcək”.