Messi ilə Ronaldo bir komandada? – SON XƏBƏRbackend

Yuventus” “Barselona”nın futbolçusu Lionel Messi ilə maraqlanır.

Sportfan.az xəbər verir ki, bu barədə “Corriere dello Sport” nəşri məlumat yayıb.

Turin klubunun hücum xəttində Messi və Ronaldonun oynamasını istədiyi vurğulanıb.

Argentinalı hücumçunun Kataloniya təmsilçisi ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır. Onun “Barselona”dan ayrılmaq variantı haqda düşündüyü bildirilir.