Messi La Liqanın son turunu buraxacaq?backend

 

Barcelona-nın futbolçusu Lionel Messi La Liqanın son turunu buraxacaq.

Sportfan.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Messi məşqçilər heyətinin icazəsi ilə komandanın bugünkü hazırlıq prosesinə qatılmayıb.

Klubdan edilən açıqlamada, Messinin La Liqanın son turunun Eibar-la səfər matçında iştirak etməyəcəyi bildirilib.

Sabah keçiriləcək Eibar – Barcelona matçı saat 20:00-da start götürəcək.