Messi Milanda yeni ev aldıbackend

“Barselona”nın kapitanı Lionel Messinin atası Xorxe Messi Milan şəhərindən ev alıb.

Sportfan.az xəbər verir ki, Leonun həm də menecerliyini edən atasının yeni evi Porta Nuova bölgəsində yerləşir.

Bildirilir ki, Messi ailəsi vergi güzəştləri fonunda Milandan daşınmaz əmlak əldə edə bilib. Bənzər hal “Yuventus”un hücumçusu Kriştianu Ronaldoda da baş vermişdi. Daha əvvəl isə “İnter”in titul sponsoru “Pirelli” Messinin “neradzurra”ya transferi üçün ona təklif göndərmişdi.

Qeyd edək ki, Lionel Messinin “Barselona” ilə hazırkı müqavilə müddəti gələn ilin yayına qədərdir.