Messi ona formasını verməyibbackend

“Bavariya”nın futbolçusu Alfonso Deyvis Çempionlar Liqasının 1/4 finalında “Barselona” üzərində 8:2 hesablı qələbədən sonra rəqib komandanın kapitanı Lionel Messidən formasını istəyib.

Sportfan.az Almaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə kanadalı oyunçu özü məlumat verib:

“Matçdan sonra Messinin yanına getdim və ondan formasını istədim. Ancaq Messidən cavab almadım. Deyəsən, bir az məyus idi. Ümid edirəm ki, növbəti dəfə onun formasını ala biləcəyəm”.