Messi “Real”a keçə bilərmi? – Fiqu danışdıbackend

“Barselona” və “Real”ın sabiq yarımmüdafiəçisi Luiş Fiqu Lionel Messinin Madrid klubuna keçidinin mümkünlüyü haqda suala cavab verib.

Sportfan.az xəbər verir ki, bu barədə portuqaliyalı “AS” nəşrinə müsahibəsində danışıb.

“Soruşursunuz ki, Messi də mənim kimi “Barselona”dan “Real”a keçə bilərmi? Heç bir klub bu il argentinalı futbolçuya görə tələb edilən təzminatı ödəyə bilməz. Hazırda transfer bazarında az hadisə baş verir. Ona görə də indi hansısa klubun Messini alması çətindr, hətta mümkün deyil.  Fikrimcə, 20 il əvvəl mənimlə bağlı baş verənlərin bənzərini görə bilməyəcəyik” – deyə Fiqu bildirib.

Qeyd edək ki, Fiqu 2000-ci ildə “Barselona”dan “Real”a keçib və 2005-ci ilədək həmin komandada oynayıb.