Messi rekordlara doymurbackend

İspaniya La Liqasının son turunda “Alaves” üzərində böyükhesablı qələbə qazanan “Barselona”nın kapitanı Lionel Messi yeni rekordlar müəyyənləşdirib.

Sportfan.az xəbər verir ki, argentinalı forvard komandasının 5:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada 2 qol, 1 məhsuldar ötürmə ilə buna nail olub.

Messi ilk qolun ötürməsini verərək, cari mövsüm assist sayını 21-ə çatdırıb. Bununla sabiq komanda yoldaşı Xavi Ernandesə məxsus (2008/09) 20 məhsuldar ötürmə rekordunu yeniləyib və La Liqa tarixinə düşüb.

<ins’></ins’>

Matçda dubl etməklə qol sayını da 25-ə yüksəldən Leo digər keçmiş komanda yoldaşı Tyerri Anrinin rekordunu qırıb. Fransalı “Arsenal”da olarkən 2002/03 mövsümündə 24 qol, 20 assistə imza atmışdı. Argentinalı isə mövsümü 25 qol, 21 assistlə tamamlayıb. Bununla Messi XXI əsrin ən unikal göstəricisini yeniləyib.

Argentinalı superulduz eyni zamanda ardıcıl 11-ci mövsüm çempionatı minimum 25 qolla tamamlayıb ((2009/10 – 34 qol, 2010/11 – 31, 2011/12 – 50, 2012/13 – 46, 2013/14 – 28, 2014/15 – 43, 2015/16 – 26, 2016/17 – 27, 2017/18 – 34, 2018/19 – 36, 2019/20 – 25). O, cari mövsüm bütün turnirlərdə keçirdiyi 42 oyunda 30 qol, 26 assitlə yadda qalıb.

Əvəzində “Barselona” son illərin ən uğursuz nəticəsini göstərib. Mövsümü 82 xalla 2-ci pillədə bitirən kataloniyalılar son 12 ildə ən az xal toplayıblar.