Messi sağ cınağda oynayırsa, ona Alfonso nəzarət edəcək- Karl-Hayns Rummeniggebackend

“Bavariya”nın İdarə Heyətinin sədri Karl-Hayns Rummenigge Çempionlar Liqasının 1/4 final mərhələsində “Barselona” ilə keçiriləcək matçla bağlı fikirlərini bölüşüb.

Sportfan.az xəbər verir ki, klub rəhbəri rəqibin kapitanı Lionel Messinin meydanda zərərsizləşdiriləcəyini düşünür.

O, bu vəzifəni sol cinah müdafiəçisi Alfonso Devisin yerinə yetirəcəyinə əmindir: “Devis əla mövsüm keçirdi və layiqli şəkildə Bundesliqanın ən yaxşı debütantı seçildi. Messi sağ cinahda oynayırsa, ona Alfonso nəzarət edəcək. Onun üçün çətin, amma maraqlı tapşırıq olacaq. Devis bu mövsüm rəqiblərinə nə yenildi, nə də aldandı”.