Messi yenə məşqə çıxmadıbackend

“Barselona”nın kapitanı Lionel Messi hələ də komanda ilə məşqlərə qatılmayıb.

Sportfan.az xəbər verir ki, yeni baş məşqçi Ronald Kumanın rəhbərliyi ilə bu gün səhər keçirilən hazırlıqda da argentinalı iştirak etməyib.

L.Messi bir müddətdir ki, La Liqa təmsilçisindən ayrılacağı ilə bağlı xəbərlərlə gündəmə gəlib. Futbolçu koronavirus testindən keçməmişdi və bundan əvvəlki məşqə də qatılmamışdı.

Xatırladaq ki, Messi bu yay “Barselona”dan getmək istəsə də, klub rəhbərliyi buna imkan verməyib.