Messinin  cəzası ləğv olundu- Ekvadora qarşı oynayacaqbackend

Argentina Futbol Assosiasiyasının kapitan Lionel Messinin cəzası ilə bağlı apelyasiyası təmin olunub.

Sportfan.az xəbər verir ki, bunu qurumun prezidenti Klaudio Tapia açıqlayıb.

O bildirib ki, Argentina millisinin və İspaniya “Barselona”sının futbolçusu yığmasının oktyabrdakı matçlarında iştirak edə biləcək. Amerika kuboku zamanı Cənubi Amerika Futbol Konfederasiyasını (KONMEBOL) sərt tənqid etdiyi üçün diskvalifikasiya edilən hücumçu DÇ-2022-nin qarşıdakı seçmə matçlarında Ekvador və Boliviya ilə görüşlərdə meydana çıxa biləcək.

Qeyd edək ki, cəza tətbiq olunsaydı, Messi oktyabrın 8-də Ekvadora qarşı matçı buraxacaqdı.