Messinin möhtəşəm qolunun özəlliyi – Şəkillərbackend

“Barselona”nın futbolçusu Lionel Messinin Çempionlar Liqasının 1/8 finalında “Napoli” ilə cavab matçında (3:1) vurduğu mükəmməl qol gündəmdədir.

Sportfan.az xəbər verir ki, “Opta” statistika səhifəsi həmin qol zamanı Kataloniya klubunun bütün oyunçularının topa toxunduğunu açıqlayıb. Ötürmələrdən sonra argentinalı hücumçu cərimə meydançasnda daxil olub. O, rəqibin 3 oyunçusunu keçib və yerə yıxılmasına baxmayaraq, topu qapının uzaq küncünə göndərərək möhtəşəm qola imza atmağı bacarıb