Meza Kolli Rumıniya klubundan ayrıldıbackend

Ötən mövsüm icarə əsasında “Keşlə”də çıxış etmiş Sezar Meza Kolli Rumıniyanın “Universitatya” klubundan ayrılıb.

Sportfan.az “Prosport.ro” saytına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Paraqvaylı futbolçunun klubla müqaviləsi 2021-ci ilin yayına qədər idi.

AFFA-nın milliləşdirmək istədiyi Meza Kollinin “Keşlə”yə qayıdacağı iddia edilir. O, 2013 – 2016 və 2018-ci ildə də paytaxt klubunda çıxış edib. Meza Kolli həmçinin 2016/2017 mövsümündə “Zirə”də oynayıb.