“Milan” 25 milyon avro qiymət qoydu- braziliyalı futbolçuyabackend

Fransanın “Lion” klubu Lukas Paketanı transfer etmək niyyətindədir.

Sportfan.az xəbər verir ki, klubun idman direktoru Juninyo braziliyalının keçidinə razılıq verib.

Lakin Lion təmsilçisi İtaliya “Milan”ı ilə danışıqlar aparsa da, rəsmi təklif göndərməyib. A seriyası təmsilçisi futbolçu üçün 25 milyon avro tələb edir.

Qeyd edək ki, Paketa ötən mövsüm 24 çempionat oyununda 1 məhsuldar ötürmə verib.