Milan Çempionlar Liqasına vəsiqə qazandıbackend

İtaliya A Seriyasının son turunda UEFA Çempionlar Liqasına vəsiqə verən bütün 4 vəsiqənin taleyinə aydınlıq gəlib.

Sportfan.az  xəbər verir ki,, turun mərkəzi görüşü Atalanta və Milan arasında keçirilib. Görüş qonaq komandanın qələbəsi ilə yekunlaşıb – 2:0. Hər iki qolu 43-cü və 90+2-ci dəqiqələrdə penaltidən Frank Kessi vurub.

Beləliklə, Milan xalını 79-a çatdıraraq, gümüş medalçı olub və 8 ildən sonra Çempionlar Liqasına yüksəlib. 78 xala malik Atalanta isə 3-cü pilləyə enərək, bürünc mesalla kifayətlənib.

Daha 2 diqqətçəkən qarşılaşma 4-cü yerin sahibinin tapılması baxımından önəmli olub. Napoli öz meydanında Hellas Verona ilə 1:1 hesablı heç-heçə edərək, 77 xalla 5-ci pilləyə enib. 60-cı dəqiqədə meydan sahiblərindən Amir Rrahmani hesabı açsa da, 9 dəqiqə sonra Marko Faraoni Neapol təmsilçisini büdrədib.

Əvəzində Juventus səfərdə Bologna-nı 4:1 hesabı ilə darmadağın edərək, 78 xalla 4-cü pilləyə yüksəlib. Hesabı 6-cı dəqqiqədə Federiko Kyeza açıb. “Qara-qırmızılar”ın üstünlüyünü 29-cu dəqiqədə Alvaro Morata artırıb. 45-ci dəqiqədə Adrien Rabyo komandasının üçüncü qolunu vurub. 47-ci dəqiqədə Morata yenidən fərqlənərək, “dubl” edib. Meydan sahiblərinin təsəlli qoluna 85-ci dəqiqədə Rikkardo Orsolini imza atıb.

Bununla da Turin komandası İnter, Milan və Atalanta ilə birgə Çempionlar Liqasına yüksəlib.