“Milan” Pioli ilə müqaviləni uzatdı- Rəsmibackend

“Milan”  baş məşqçisi Stefano Pioli ilə müqaviləni uzadıb.

Sportfan.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 55 yaşlı italiyalı mütəxəssisin yeni sözləşməsi 2022-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Stefano Pioli 2019-cu ilin oktyabrında “Milan”a baş məşqçi təyin edilib. Onun komandası A Seriyasının bitməsinə 3 tur qalmış 59 xalla 5-ci sıradadır. Bu yer Avropa Liqasının təsnifat mərhələsinə vəsiqə verir.