“Milan”dan yeni transferbackend

İtaliya “Milan”ı komandada icarə əsasında çıxış edən futbolçu Simon Kyaeri birdəfəlik transfer edib.

Sportfan.az İtaliya mətbuatına  istinadən xəbər verir ki, 31 yaşlı danimarkalı müdafiəçi İspaniya “Sevilya”sından alınıb. Onunla 2022-ci ilin yayınadək müqavilə bağlanılıb.

Qeyd edək ki, Simon Kyaer “Milan”a bu ilin yanvarında keçib. Danimarka millisinin üzvü cari mövsüm 13 matçda meydanda olub.