“Milan”ın futbolçusu koronavirusa yoluxdubackend

İtaliyanın “Milan” klubunun futbolçusu Leonardo Duarte koronavirusa yoluxub.

Sportfan.az xəbər verir ki, braziliyalı müdafiəçi karantinə alınıb. Komandanın digər üzvlərinin testlərinin nəticəsi isə mənfi olub.

Qeyd edək ki, Leonardo Duarte “Milan”a 2019-cu ilin yayında Braziliya “Flamenqo”sundan 10 milyon avroya keçib. 24 yaşlı oyunçu ötən mövsüm 6 oyuna çıxıb. Onun “qırmızı-qaralar”la müqaviləsi 2024-cü ilin yayınadəkdir.

İtaliya A Seriyasının ilk turunda “Milan” öz meydanında “Bolonya”ya qalib gəlib – 2:0. Növbəti görüş sentyabrın 27-də səfərdə “Krotone”yə qarşı olacaq.