“Milan”nın  futbolçusu Bundesliqa klubundabackend

İtaliyanın “Milan” klubu futbolçusu Rade Kruniçi satmağa razılaşıb.

Sportfan.az xəbər verir ki, yarımmüdafiəçi Almaniyanın “Frayburq” klubuna keçəcək.

Bundesliqa təmsilçisi transfer üçün 8 milyon avro ödəyəcək. Bosniya və herseqovinalı futbolçu ötən il “Milan”a keçib. O, “Empoli”dən 8 milyon avroya transfer olunub.