Millətlər Liqasının oyunu təxirə salındıbackend

Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunda bu gün keçirilməli olan Rumıniya – Norveç matçı təxirə salınıb.

Sportfan.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Qarşılaşmanın təxirə salınmasına səbəb Norveç yığmasının bir futbolçusunda koronavirus aşkarlanmasıdır.

Norveç hökuməti yığma üzvlərinin karantin qaydalarına uyğun olaraq Buxarestə getməsinə icazə verməyib. UEFA bu səbəbdən qarşılaşmanı təxirə salıb. Norveç millisinin bütün üzvləri iki həftəlik karantində qalmalıdırlar.