Milli Mətbuat Günü ilə bağlı KİV nümayəndələrini təbrik etdi- Azad Rəhimovbackend

Gənclər və idman naziri Azad Rəhimov Milli Mətbuatın 145 illiyi ilə münasibətlə KİV nümayəndələrini təbrik edib.

Sportfan.az xəbər verir ki, nazir jurnalistika sahəsində çalışanlara gələcək fəaliyyətində uğurlar arzulayıb.

“Gənclər və İdman Nazirliyinin həyata keçirdiyi layihələrin işıqlandırılmasında, onlar haqqında məlumatların ictimaiyyətə operativ, dolğun şəkildə çatdırılmasında hər birinizin müstəsna rolu var. Dostluğunuz, əməkdaşlığınız üçün sizə təşəkkür edir, can sağlığı, gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm! Bayramınız mübarək!”, – deyə nazir bildirib.