Millimiz Millətlər Liqasına məğlubiyyətlə başladı – Yenilənibbackend

Bu gün Azərbaycan milli komandası növbəti oyununu keçirəcək.

Sportfan.az xəbər verir ki, yığmamız 2020-ci ildəki ilk görüşünə Millətlər Liqası çərçivəsində çıxacaq.

C liqasının 1-ci qrupunda mübarizə aparacaq komandamız Lüksemburqla görüşəcək. Qarşılaşma italiyalı baş məşqçi Canni de Byazinin debütü ilə əlamətdar olacaq.

Əsas hədəfi qrup qalibi kimi B liqasına yüksəlmək olan yığmamız Bakı Olimpiya Stadionunun azarkeşsiz tribunaları önündə oynayacaq. D liqasından C liqasına yalnız islahatlar sayəsində yüksələn milli bura layiq olduğunu da uğurlu nəticə ilə təsdiqləməlidir.

Qeyd edək ki, millimiz ikinci oyununu sentyabrın 8-də səfərdə Kiprə qarşı keçirəcək.

Millətlər Liqası
C liqası, 1-ci qrup
I tur, 5 sentyabr
20:00. Azərbaycan – Lüksemburq – 1:2
Qollar: Ramil Şeydayev, 43 – Anton Krivotsyuk, 48 (avtoqol), Gerson Rodriges, 72

Hakimlər: Kristofer Kavanaq, Daniel Riçard Kuk, Sian Massi-Ellis, Pol Terni (hamısı İngiltərə)

Azərbaycan: 1. Emil Balayev, , 4. Bəhlul Mustafazadə, 5. Maksim Medvedev (k), 15. Bədavi Hüseynov, 18. Anton Krivotsyuk, 2. Qara Qarayev, 6. Namiq Ələsgərov, 16. Elvin Camalov, 19. Təmkin Xəlilzadə, 10. Mahir Emreli, 11. Ramil Şeydayev
Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədliyev, 23. Mehdi Cənnətov, 13. Abbas Hüseynov, 14. Adil Nağıyev, 21. Amin Seydiyev, 3. Coşqun Diniyev, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 17. Rəhman Hacıyev, 20. İsmayıl İbrahimli, 22. Rəhim Sadıxov, 9. Renat Dadaşov,
Baş məşqçi: Canni de Byazi
Lüksemburq: 1. Anthoni Moris, 5. Vahid Selimoviç, 7. Lars Gerson, 13. Dirk Karlson, 18. Laoren Yans (k), 8. Kristofer Martins, 11. Vinsen Till, 15. Olivye Till, 16. Leandro Barreyro, 21. Mauritse Devill, 10. Gerson Rodriges
Ehtiyat oyunçular: 12. Ralf Şon, 23. Tim Kips, 2. Enes Mahmutoviç, 3. Tim Holl, 4. Kevin Malget, 19. Marvin Martens, 6. Florian Bohnert, 9. Danel Sinani, 22. Aldin Skenderoviç,. Stefano Bensi, 17. Alessio Kurçi, 20. Edvin Muratoviç,
Baş məşqçi: Lük Holts
Bakı Olimpiya Stadionu