Millimiz Kiprə qalib gəldibackend

Bu gün Azərbaycan yığması Millətlər Liqasında növbəti oyununu keçirib.

Sportfan.az xəbər verir ki, C liqasının 1-ci qrupunda yer alan millimiz 2-ci turda Kiprin qonağı olub və 1:0 hesabı ilə qalib gəlib.

Turnirin ilk oyununda Bakıda Lüksemburqa uduzan (1:2) Canni de Byazinin komandası səfər matçında ilk qələbəsini qazanıb.

C liqasının digər qarşılaşmasında Lüksemburq evdə Monteneqroya uduzub – 0:1.

Qeyd edək ki, yığmamız növbəti oyununu oktyabrın 10-da səfərdə Monteneqroya qarşı keçirəcək.

8 sentyabr

Millətlər Liqası, 2-ci tur

C liqası

22:45. Kipr – Azərbaycan – 0:1
Qol:
 Maksim Medvedev, 29
Hakimlər: Filip Qlova, Peter Bednar, Frantişek Ferents, Boris Marhefka (hamısı Slovakiya)
Nikosiya. GSP stadionu

22:45. Lüksemburq – Monteneqro – 0:1
Qol:
 Beqiraj, 90+3