Millimiz Kolumbiya ilə qarşılaşa bilərbackend

AFFA-nın inzibati binasında icraçı vitse-prezident Elxan Məmmədov və vitse-prezident Rauf Əliyev Kolumbiyanın Azərbaycandakı səfiri Antonio Dimate Kardenasla görüşüb.

Sportfan.az qurumun  rəsmi saytına istinadən məlumatına görə, görüşdə iki ölkənin futbol qurumları arasında qarşılıqlı əməkdaşlıq, gənclərdən ibarət komandalar arasında yoldaşlıq oyunlarının keçirilməsi barədə fikir mübadiləsi aparılıb, əməkdaşlığın perspektivləri müzakirə olunub.