Millimizdə oynamqdan imtina edən hücumçu Türkiyə millisindəbackend

Azərbaycan millisində oynamaqdan imtina edən Almaniyanın “Darmştadt” klubunun hücumçusu Sərdar Dursun arzusuna çatır.

Sportfan.az xəbər verir ki, Türkiyə yığmasında oynamağı hədəfləyən 29 yaşlı forvard baş məşqçi Şenol Günəşin maraq dairəsinə düşüb.

Türkiyə yığması sentyabrın 3-də Macarıstan, 6-da isə Serbiya ilə qarşılaşacaq.

Cenk Tosun zədələndiyi üçün yeni hücumçu axtarışında olan çalışdırıcı ötən mövsüm Bundesliqa II-də 19 qol vuran Sərdarı sentyabrda Millətlər Liqasındakı oyunların heyətinə çağırmağı planlaşdırır.

Forvard özü də bu yaxınlarda AFFA-dan təklif aldığını lakin Türkiyə millisində oynamaq istədiyi üçün dəvəti rədd etdiyini bilirib.