Millimizin futbolçusundan vərəqə və məğlubiyyət- ilk oyundabackend

İspaniya La Liqa2-də 2020/21 mövsümünə start verilib.

Sportfan.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun formasını geyindiyi “Albasete” ilk görüşünü elitanı yenicə tərk edən “Espanyol”a qarşı keçirib.

Barselonada baş tutan qarşılaşma ev sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb – 3:0. Matça start heyətində başlayan İsrafilov 37-ci dəqiqədə sarı vərəqə almaqla “fərqlənib”.

Eddi fasilədən dərhal sonra əvəzlənib ki, həmin vaxt hesab artıq 2:0 idi.