Ukrayna Premyer Liqasında 31-ci turun oyunları keçirilib.
Sportfan.az-ın məlumatına görə, Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” səfərdə “Desna” ilə qarşılaşıb. Matç qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Paşayev bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.
“Aleksandriya” 31 turdan sonra 48 xalla 5-ci pillədə qərarlaşıb.