Millimizin hücumçusu qələbəyə sevindibackend

Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi Amerika Birinci Liqasında (USL) 2-ci turun oyunları keçirilib.

Sportfan.az xəbər verir ki, Dadaşovun oynadığı “Foneks Rayzinq” öz meydanında “La Qalaksi II” ilə qarşılaşıb və 4:0 hesabı ilə qalib gəlib. Rüfət oyuna start heyətdə başlayıb və 70-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, koronavirus pandemiyasının ardından USL-də format dəyişikliyinə qərar verilib. Belə ki, klublar 4-5 komandadan ibarət qruplara ayrılıblar. Qrupu birinci və ikinci bitirən komandalar pley-offa vəsiqə qazanacaqlar. Hazırda “Foneks Rayzinq” 2 oyuna 6 xalla 2-ci sıradadır.