Millimizin  hücumçusundan qol ötürməsibackend

Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi Amerika Birinci Liqasında (USL) 3-cü turun oyunları keçirilib.

Sportfan.az-ın məlumatına görə, Dadaşovun oynadığı “Foneks Rayzinq” səfərdə “Orange Kountri” ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. Rüfət oyuna start heyətdə başlayıb və 86-cı dəqiqədə əvəzlənib. İlk turda het-trik edən Dadaşov bu oyunda qol ötürməsi ilə yadda qalıb.

Qeyd edək ki,  hazırda “Foneks Rayzinq” 3 oyuna 7 xalla qrup birincisidir.